Site-ul meu
your slogan
Wednesday, 2024-05-22, 2:20 AM


Welcome Guest | RSS
Main Director de articole Sign Up Login
Site menu

Section categories
Articolele mele [9]

Tag Board

Our poll
Evaluează site-ul meu
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0

Main » Articles » Articolele mele

Xeberler verilişlərin birində 4-5 yaşlı uşaqlar arasında sorğu keçirilirdi.

verilişlərin birində 4-5 yaşlı uşaqlar arasında sorğu keçirilirdi.

Sorğunun sualı isə belə idi: "Müğənnilər nəyə görə açıq-saçıq geyinirlər?” Nə qədər qəribə görünsə də, bu bağça uşaqlarına verilən bir sual idi, uşaqların cavablarını sadalamağa ehtiyac görmürəm. Sadəcə onlardan birinin cavabını olduğu kimi deyəcəm. 5 yaşlı balaca bu suala belə cavab verdi: "Onsuzda indi kim nə istəyir edir də...”

Bəli, bu gün Azərbaycan cəmiyyətində, Azərbaycan televiziyalarında kim nə istəyir edir. Kim kimi istəyir söyür, təhqir edir, aşağılayır, alçaldır. Yaşadığı yerdə məhəlləyə çıxmağa üzü olmayan şəxslər, efirdən camaata əxlaq dərsi keçir, mənəviyyatdan, əxlaqdan, tərbiyədən danışır. Efirə, kamera qarşısına çıxan hər kəs özünü ağıllı hesab edir, xalqın hesabına adam olan kəslər xalqımızı təhqir edir.

Qadın alveriylə cəmiyyətdə ad çıxaran müğənni efirə çıxıb əxlaqlı ana obrazı yaradır, öz sənətçi həmkarı tərəfindən "gey” adlandırılan insan efirə çıxıb "əsl kişi necə olmalıdır?” sualına cavab verir, sosial şəbəkələrdə az qala bütün qızlara "podxod” edən şəxs efirdə ideal ailə modelindən danışır. 

Çox təəsüf ki, bu günümüzün acı reallığıdr. Artıq zəmanəmizdə məşhur insan olmaq "məşhur” sözünü yazmaqdan da asanlaşıb. Artıq məşhurlaşmaq o qədər bəsitləşib ki, bunun üçün xüsusi qabiliyyətə, bacarığa da ehtiyac qalmayıb. "Facebook”da hansısa xanıma şər atmaqla, status yazmaqla, "instagram”da soyunmaqla, "youtube”də öz videonu çəkməklə məşhurlaşa bilirsən. Ancaq məşhur olmaq hələ hər şey deyil. Məşhur mahnıda deyildiyi kimi: "Sən aləm tanıyır, məşhur adam...”

Faktdır ki, efirdən hər kəsə əxlaq dərsi keçən bəzi müğənnilərə, aktrisalara "bir dur” deyən də tapılmır. Çünki bu insanlardan kimi dindirsən, arxasında hansısa harınlamış məmur, iş adamı və ya kiminsə oğlu çıxacaq. Bu adamları əslində bu "səviyyə”yə də qaldıran elə həmin şəxslərdir. Müğənnilər də azca çətinə düşən kimi həmin insanları əlcək kimi dəyişirlər, "sən bilirsən, mən kiməm?”, "mənim arxamda kimlər dayanıb” deyirlər.

Əslində isə bu adamların arxasında heç kim dayanmayıb, sadəcə onları istifadə edib atanlar dayanıb. Bu müğənnilərə xatırlatmaq lazımdı ki, 1-2 saatlıq ehtiras heç bir vəzifədən, kreslodan üstün ola bilməz. Necə ki, biz bunun dəfələrlə şahidi olmuşuq. Efirdə "xod” gedən müğənnilərin "dayday”ları onların çətin anlarında yoxa çıxırlar, "o adda adam tanımıram”, "yalnız efirlərdən görmüşəm” deyirlər.

Həmin o efir əjdahalarına qalan yenə də xalqımız və jurnalistlər olur. Bu gün efirlərdə jurnalistləri aşağılamağa cəhd edib, özlərini ağıllı göstərmək istəyən müğənnilər bir şeyi unutmasınlar ki, həmkarlarımız onlar haqda bildiklərinin heç 10 %-ni də yazmır. Əgər su bardağı aşsa və jurnalistlər pərdəarxası məqamları üzə çıxarsa, bu adamların nəinki xalq içinə, heç evdə ərlərinin, arvadlarının da üzünə baxacaq halı da qalmayacaq.

Ona görə də nə qədər gec deyil, düşünün. Düşünün ki, nə vaxtsa restoranlarda oxuduğunuz mahnılar yox, restoran müdirlərinin otağında çıxdığınız oyunlar, toylardakı ifanız yox, toydan sonra hansısa məmurla "eşq macəralarınız”, konsert adıyla xaricə gedib, orada özünüzə qulluq halları gündəmə gəlsə nə edəcəksiz?

Hələliksə, 5 yaşlı uşağın dediyi kimi "nə istəyirsizsə, edin”. Ancaq hər şeyin bir həddi var və o hədd bir nöqtəyə kimi davam edir.

Unutmayın ki, xalqın gözü tərəzidir . Bu tərəzi isə bir nöqtəyə qədər balanslı ola bilər, vay o gündən ki, xalq o tərəzini bir tərəfə yıxsın. Əmin olun ki, o tərəzi yıxılsa, sizi nə 1-2 saat qonağı olduğunuz "arxanız”, nə də sizə vəd verib, "adam” edən həmin "dayday”lar qoruya biləcək. Çünki sizi 5 yaşlı uşaqlar belə çox gözəl tanıyır...

Category: Articolele mele | Added by: ElvinElekberov (2013-12-02) | Author: Xeberler E W
Views: 373 | Tags: Xeberler | Rating: 0.0/0
Total comments: 0
Name *:
Email *:
Code *:
Login form

Search

Site friends
  • Create a free website
  • uCoz Community
  • uCoz Textbook
  • Video Tutorials
  • Official Templates Store
  • Best Websites Examples

  • Copyright MyCorp © 2024
    Create a free website with uCoz